Xidmətlərimiz
Peşəkar komandamızla sizə ən yaxşı tikinti və inşaat xidmətlərini təqdim edirik

Isitmə sistemləri
İsitmə sistemləri, lazımi ərazilərin tələb olunan temperaturda saxlanılması, daxildən xaricə olan istilik itkisinin qarşısının alınması və itirilən istiliyin bərpası üçün nəzərdə tutulan mühəndis sistemidir. İki tip isitmə sistemi mövcuddur: Mərkəzi və yerli (local) Mərkəzi isitmə sistemi əsasən böyük binalarda qurulur. İsitmədə istifadə olunacaq istilik daşıyıcısını (su, hava vəya buxar) isitmək üçün mərkəzi qazan, istilik daşıyıcısının paylanması üçün boru sistemi, istiliyi transfer etmək üçün isə avdanlıq olaraq radiator, fancoil, aperey və s istifadə olunur. Bunlardan əlavə boruların döşəmə altından paylanması ilə təmi olunan mərkəzi itsitmə sistemi (yerdən isitmə sistemi) mövcuddur. İsitmə sistemlərində suyun dövriyyəsi üçün dövriyyə nasoslarından istifadə olunur. Hava istifadə olunan sistemlər üzrə isti hava kanal vasitəsilə paylanılır. Yerli (local) isitmə sistemləri mərkəzi sistemlər ilə eyni prinsip olsa da isitmə mərkəzi vahid zonaya xidmət edir Adətən hər bir mənzil vəya iaşə obyekti üçün (kiçik sistmlərdə) qurulur, və kompakt cihazlar istifadə edilir.

Soyutma sistemləri
Soyutma sistemləri 3 böyük qrupa bölünür. VRV, VRF mərkəzi kondisioner sistemləri Çiller- fancoil sistemləri Multi split kondisioner sistemləri VRF sistemlər böyük sahəli ərazilərin kondisionerlə təmin edilməsi üçün universal komplekslərdir. Multizonal VRF sistemlər eyni zamanda otaqdakı havanı həm qızdırır, həm də soyudurlar. Orta hesabla adi VRF sistem həcmi 150-500 m2 olan otaqda işləyə bilər. Çiller – fankoyl sistemləri (chiller-fancoil) bütün kondisionerləşdirmə sistemlərindən daxili və xarici blokları arasında freonun deyil, suyun (və ya donmayan mayenin) sirkulyasiya etməsi ilə fərqlənir. Suyu, mayenin soyudulması üçün nəzərdə tutulmuş çiller – soyuducu maşın soyudur. Çiller – buxarlandırıcısından soyudulan havanın deyil, suyun keçdiyi adi freon kondisionerdir. Bu su nasos stansiyasının köməkliyi ilə istilik izolyasiya edən boru kəmərləri sistemi ilə fankoyllara daxil olur. Fankoyllar kondisiyalaşdırılmış otaqlarda quraşdırılır və split-sistemlərin daxili bloklarının oynadığı rolu yerinə yetirilər. Multi split kondisionerlər, çoxlu hissələr mənasını verməkdədir. Soyutma sistemində, daxili bloklar tək bir xarici bloka bağlanır. Bu sayədə xarici blokların meydana gətirəcəyi sahədə çətinlik və görünüş çirkliliyinin qarşısına keçmək olur. Multi split kondisionerləri divar, salon, yer-tavan tipli fərqli daxili blok variantları mövcuddur. Bundan əlavə bir xarici bloka 8 ədəd daxili blok bağlanan multi split kondisioner modelləri də var. Hər bir daxili modul bir-birindən müstəqil olaraq idarə edilə bilər.

Havalandirma sistemleri
Otağın havalandırılması prosesi içindəki havanın tam dəyişdirilməsi (əlavə olaraq təmizləmə, qurutma, qızdırma, soyutma, ionlaşma və s.) ilə müşayiət olunur. Binaların ventilyasiya prosesi tələb olunan rütubət, temperatur və təmizlik səviyyəsinin saxlanmasına cavabdeh olan xüsusi müasir avadanlıqdan istifadə etməklə həyata keçirilir. Avadanlıqların düzgün xidmət göstərməsi və ventilyasiya sistemlərinin təmirinin əsas xərc maddəsinə çevrilməməsi üçün sistemlərə vaxtında servis xidməti göstərmək lazımdır.
İş Prosesimiz
Layihələri professional şəkildə və mərhələli olaraq həyata keçiririk
Konsultasiya
Layihənin tələblərini müəyyənləşdiririk
Layihələndirmə
Texniki və memarlıq həllərini hazırlayırıq
İcra
Tikinti işlərini həyata keçiririk
Təhvil
Layihəni tam hazır şəkildə təhvil veririk